COVID-19 peyvəndi üçün ideal zaman açıqlandı

14:20 07-01-2021 381

Koronavirusu keçirənlər anticismin miqdarı “boz zona” səviyyəsinə enəndə COVID-19 peyvəndini vurdura bilərlər.

“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Klinik və Eksperimental Tibb İnstitutunun aparıcı elmi işçisi, virusologiya üzrə professor, biologiya elmləri doktoru, “Vektor” xüsusi təhlükəli infeksiyalar laboratoriyasının keçmiş müdiri Aleksandr Çepurnov deyib.

Onun sözlərinə görə, COVID-19 anticism testlərinin istehsalçıları fərqli şkalalardan istifadə etsələr də, hamısında “boz sahə” adlı göstərici var ki, bu da test nəticəsinin nə müsbət, nə də mənfi olduğunu göstərir. Anticismlərin sayı tədricən azaldığından hər yarım aydan bir yoxlanılmalıdır.

Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusologiya laboratoriyasının müdiri Sergey Netesov bildirib ki, peyvənd virus infeksiyasının təqlididir:

“Əgər insanda hədd dəyərlərini üç-dörd qat aşan yüksək anticism titri varsa, bu zaman o peyvənd ediləndən daha az qorunmur”.