“Aston Villa”da koronavirusa kütləvi yoluxma qeydə alınıb

03:40 08-01-2021 475

İngiltərənin “Aston Villa” futbol klubunda koronavirus infeksiyasına kütləvi yoluxma qeydə alınıb.

Bu barədə “Associated Press” agentliyinin jurnalisti Rob Harris öz “Twitter” səhifəsində məlumat yayıb.

Jurnalist virusa yoluxanların dəqiq sayını yazmayıb, ancaq qeyd edib ki, onların sayı çoxdur.

Qeyd olunur ki, kütləvi yoluxma ilə əlaqədar klubun təlim-məşq bazası da qapadılıb.

Qeyd edək ki, “Aston Villa” bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyunda 26 xal toplayaraq turnir cədvəlində səkkizinci yerdə qərarlaşıb.