Məşhur modelin ölüm səbəbi açıqlandı

07:20 08-01-2021 46

Ötən ay qəflətən vəfat edən dünyanın tanınmış modellərindən Stella Tennantın ölüm səbəbi açıqlanıb.

Bu barədə “Vogue” onun yaxınlarına istinadla xəbər verib.

Bildirilir ki, 50 yaşlı Tennant intihar edib.

Qeyd edək ki, Stella son 30 ilin ən məşhur modellərindən biri olub. Karyerası 1990-cı illərin əvvəllərində başlayan modelin fotoları dünyanın müxtəlif ölkələrində “Vogue” və “Harper's Bazaar” jurnallarında da dərc olunub.

Stella “Shiatzy Chen”, “Chanel” üçün podiumlara çıxıb, dizayner Karl Lagerfeldin muzası sayılıb.

O, 2020-ci ilin dekabrın 23-də özünə qəsd edib.