Rusiyada mebel fabrikində dəhşətli yanğın başlayıb - FOTO/VİDEO

11:40 08-01-2021 424

Moskvada “Brotex” mebel fabriki ərazisində metal anbar yanır. Yanğının sahəsi səkkiz min kvadratmetrdir.

Bu barədə 360 TV kadrlar yayıb.

Zərərçəkənlər barədə məlumat verilməyib.

Hazır mebellərin saxlanıldığı anbarda 15-ə qədər propan balonunun olduğu vurğulanıb.