FIFA-nın keçmiş sədri ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi

13:00 08-01-2021 398

Keçmiş FIFA sədri Yozef Blatter ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bu barədə “Blick” nəşri yazıb.

Blatterin qızı atasının vəziyyətində hazırda müsbət dəyişikliklər qeydə alındığını, lakin tam sağalması üçün vaxt və istirahət tələb olunduğunu bildirib.

Xatırladaq ki, Yozef Blatter 1998-2015-ci illərdə FIFA-ya sədrlik edib.