QAZİ MİR CALAL DASTANI

13:02 09-01-2021 22

   İkinci Qarabağ müharibəsində qəhrəmanlıq, sücaət göstərən  igidlərimiz çox oldu. Bu igid oğul və qızlarımızın sayəsində Dağlıq Qarabağ və ətraf rayonlar mənfur erməni işğalından azad oldu.Yurdumuzun  ata-baba torpaqlarına  qayıtmaq arzusu gerçəkləşdi. 30 ilə yaxın bir müddətdə. doğma torpaqlarının  həsrəti ilə yaşayan soydaşlarımızın torpaq həsrətinə son qoyuldu.

    Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin əmri ilə  27 sentyabr 2020-ci il tarixdə mənfur erməni işğalçılarının  ölkəmizə qarşı  etdiyi növbəti hücumların qarşısının alınması üçün  əks hücuma  başlanlıdı.44 gün çəkən Vətən müharibəsində başda  müzəffər Ali Baş Komandan  cənab İlham Əliyev olmaqla  Azərbaycan Silahlı Qüvvələrinin  əsgər və zabitləri, xalqımızın cəsur övladları  öz rəşadətilə, sücaətləri, cəsurluqları ilə xalqımızın  başını uca etdi.Bu  oğullardan biri haqqında  dastan yazmaq istəyirəm. Bu qəhrəman  qazimiz Kazımov Mir Calal Həmid oğludur. O, 11 iyul 1987-ci il tarixdə Qərbi Azərbaycanın Zəngəzur  mahalında anadan olub.

    1988-ci ildə yüz minlərlə  Qərbi Azərbaycandan  doğma ata-baba torpaqlarımızdan zorla  didərgin salınan Həmid kişi və onun ailəsi  Bakı şəhərinə gəlir. O vaxtdan bu ailənin də taleyinə didərginlik  yazıldı. Mənfur ermənilər növbəti dəfə bütün dünyanın gözü qarşısında öz iyrənc siyasətlərini həyata keçirdilər. Onlar Qərbi Azərbaycanda yaşayan bütüb soyadşlarımız  doğma torpaqlarımızadan didərgin saldılar. Dünya isə buna susurdu. Həmin illərdə Uca Tanrıdan savayı heç kim bilmirdi ki, Həmid kişinin ailəsində böyüyən Mir Calal  vaxt gələcək  təkcə ata-anasının deyil, bütün Azərbaycanın  fəxr etdiyi, qürur duyduğu qəhrəman oğullarımızdan biri olacaq. Ata-babalarının qisasını mənfur  düşmən ermənilərdən alacaqdır...

   ...2004-cü ildə Həmid kişinin  ailəsi  Beyləqana gəlir. Burada Beyləqanlıların  isti məhəbbəti bu ailənin gələcək taleyi üçün müstəsna rol oynayır. Qəlblərində düşmənə nifrət, düşməndən  qisas almaq hissi ailənin bütün üzvləri kimi Mir Calalda da gün-gün artır.

    Mir Calal Bakı şəhərində  2 nömrəli dəmir yol  tam orta məktəbi bitirir. Yaşa dolduqca  düşmənə nifrət etmək,  erməni işğalçılarından qisas almaq  hissi onda daha da güclənir.

   2005-ci ildə  o,Vətənimizin qeyrətli, mərd oğulları kimi  müddətli hərbi xidmətdə olur.  Hərbi xidmətdə olduğu müddət ərzində hərbi hissə komandiri tərəfindən  nümunəvi  xidmətinə görə  evlərinə təşəkkürnamə göndərilir. 2007-ci ildə isə hərbi xidmətdən tərxis olunur. Hərbi xidmətdən tərxis olandan sonra o, bir müddət Bakıda işləyir.

    Bir müddətdən sonra işi ilə əlaqədar olaraq  Beyləqan rayonuna gəlir, Qəhrəmanlı  qəsəbəsində  ata-anası ilə  birlikdə yaşayır.

  Ailə qurur. Üç övladı var. Böyük qızı Əsmər,ortancıl qızı Solmaz, balaca qızımın adı isə Səmradır. Böyük qızı  Əsmər  hazırda Beyləqan rayonu şəhid T.Məmmədov adına Qəhrəmanlı tam orta nəktəbin birinci sinifində oxuyur. O biri qızları isə hələ balacadırlar.

   O,2011-ci ildə könüllü olaraq Azərbaycan  ordusunda xidmət etmək üçün  ərizə ilə müraciət edir. Hərbi xidmətə qəbul olunduqdan sonra  23 may 2011-ci il tarixdə kursa gedib, iyul ayında həmin kursu müvəffəqiyyətlə bitirib. MAHHXHQ kursunu bitirdikdən sonra o,  Gəncə şəhərin də “N” saylı hərbi hissəyə təyinat alır. Burada üç ay xidmət etdikdən  sonra o,  daha qaynar xəttdə  xidmət etmək ,döyüş bölgəsində  olmaq istəyir. Döyüş bölgəsində xidmət etmək istəyini həyata keçirmək üçün dəfələrlə hərbi hissə komandirinə paport yazır. Bundan sonra onu 2012-ci ildə Gəncədən Beyləqana göndərdilər.

    Mir Calal xalqımızın vətənpərvər oğlu kimi harada işləməyindən asılı olmayaraq həmişə doğma Azərbaycanımızla  fəxr edib, xalqımızla qürur duyub. Mir Calalla deyir ki, bizim düşmən torpaqlarında gözümüz yoxdur.Amma,  onu da bilirk ki, ermənilərin  ümumiyyətlə torpağı olmayıb.Yəni,Ermənistan deyilən ərazi XIX əsrin əvvəllərinə qədər Azərbaycan torpaqları olub.O, torpaqlarda mənim atam, babam, babamın babaları yaşayıb. Ümiyyətlə onun edməniləri görməyə gözü yoxdur, onlara nifrət bəsləyir.

   O,Gəncədə xidmət edəndən sonra Beyləqanda kəşviyat taborunda xidmətimi davam etdirir.İgid döyüşçümüz 2016-cı ilin aprel döyüşlərində də iştirak edib.  Aprel döyüşlərində vertalyotla  təxliyə ekipajında yaralıları təxliyə edib. Təyinatı təxliyə olsa da təxliyədən daha çox vertalyotla döyüşə gürərmişlər.Onun   olduğu vertalyotda  gizir  Mirzəquliyev Kamran, və beş nəfər də əsgər təxliyə işinə baxırmış. Vertalyotu isə Hava Qüvvələrinin  döyüşçüləri idarə edirmiş. Aprel döyüşlərində Lələtəpə istiqamətində  gedən döyüş zamanı vertalyotla  birinci dəfə  hücum edəndə düşmənin avtomobil kalonunu vururlar...  Bu  igidliklərinə  görə “N” saylı hərbi hissənin komandiri tədəfindən mükafatlandırılır.

    Mir Calala verilən medallara, Fəxri Fərmanlara  baxdıqca onunla qürur duydum. Fəxr etdim ki, xalqımızın belə igid oğulları var.Hərbi xidmətdə olduğu müddətdə , o,Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası  Müdafiə nazirliyinin 0106t nömrəli 24 iyun 2013-c ü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası  Müdafiə nazirliyinin 0133t nömrəli 26 iyun 2020-ci il tarixli əmri ilə “Qüsursuz  xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunub. Mir Calal eyni zamanda xidmət etdiyi illər ərzində özünü nizam-intizamlı, nümunəvi  bir hərbiçi kimi göstərmişdir. Bütün bu xüsusiyyətlərinə görə  müxtəlif illərdə xidmət etdiyi hərbi hissə komandirləri tərəfindən MAHHXHQ Kazımov Mir Calal Həmid oğlu fəxri fərmanlara layiq görülmüşdür:23 iyul 2012-ci il tarixdə Hərbi hissəsinin  yaradılmasının 20-i ildönümü münasibəti ilə döyüş hazırlığında, hərbi intizamda  fərqləndiyinə görə, 21 mart 2014-cü il tarixdə “Novruz bayramı” münasibəti ilə xidmətdə fərqləndiyinə görə, 27 mart  2018-ci il tarixdə,“27 mart-Hərbi hissənin yaranması günü” münasibətilə nümunəvi hərbi xidmətinə,nizam-intizama döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətə görə, 14 mart 2019-cu il tarixdə hərbi hissəsinin yaradılmasının 20-i ildönümü münasibəti ilə döyüş hazırlığında, hərbi intizamda  fərqləndiyinə görə   MAHHXHQ kiçik  çavuş Kazımov Mir Calal Həmid oğlu  “N” saylı hərbi hissənin komandiri tərəfindən Fəxri Fərmanla təltif olunub.

     İgid döyüşçümüz həm də  idmanın müxtəlif növlərində də özünü sınayıb. O, idmanın güləş, qaçış növlərində də dəfələrlə yüksək  nəaliyyətlər göstərib. 14 mart 2019-cu il tarixdə Novruz bayramı münasibəti ilə xidmət etdiyi hərbi hissədə  idmanın güləş və qaçış növlərində fərqləndiyinə, eyni zamanda xidmət etdiyi hərbi hissədə fərqləndiyinə görə MAHHXHQ kiçik  çavuş Kazımov Mir Calal Həmid oğlu  Azərbaycan Respublikası Gənclər və İdman naziri  tərəfindən Fəxri Fərmanla təltif edilir.

    Vətənimizi qorumaq hər birimizin ən birinci borcu olmalıdır. Vətən hamı üçün müqəddəsdir və bu müqəddəslyi qoruyub saxlamaq, uğrunda canından keçməyə hazır olan Mir Calal kimi övladlarımız çoxdur.İkinci Qarabağ müharibəsində  belə oğulları gördük, onların qorxu bilmədən  düşməni məhv etməsinə sevindik. Onlarla qürur duyduq.

    Bu gün  hər bir şəhidimizin, hər bir qazimizin  döyüş yolu haqqında öyrənib,  onların göstərdiyi rəşadəti  gələcək nəsillərə  çatdırmalıyıq. Gələcək nəsillərə  onların qəhrəmanlıqları haqqda danışmalıyıq ki, onların igidlikləri unudulmasın. Onların igidlikləri  böyüməkdə olan  gənc nəslimizin qəhrəmanlıq nümunəsi olsun.

Qazimizdən İkinci Qarabağ müharibəsindən danışmağı xahiş etdik:

- Bu döyüşdə elə döyüşülərimiz var idi ki, onlar  birinci Qarabağ müharibəsi dövründə, Qarabağ işğal olunanda heç anadan olmamışdı. Amma, onlar döyüşə girəndə elə bil ki, hər biri bir cəngavər olurdu. Hər birimizin də bir amalı var idi.30 ilin ləkəsini alnımızdan silək.

  Hamımızın bir amalı var idi-Qarabağ azad edək. Döyüşən  qardaşlarımız heç biri fikirləşmirdi ki, mənim canım əzizdir, nəsə olar. Döyüşlər zamanı Xalqımızın da bizə  böyük dəstəyi var idi. Şərt o deyildi ki, insanlar gəlib bizimlə döyüşə,  arxada bizə olan dəstəyi görüb, eşirirdik. Döyüşlərdə  xalqın bizə olan inamını  görüb,biznən bərabər irəli deməyi ordunu daha da gücləndirdi.Bu inamı Ali Baş Komandan cənab İlham Əliyev yaratmışdı. Ali Baş Komandanımız cənab İlham Əliyevin, Silahlı Qüvvələrimizin. Xalqımızın dəmir yumuruq kimi birləşməsi, qələbə çalmağımızın əsas səbəbi oldu. Döyüşlərə isə mən  27 sentyabr tarixdən qatıldım. Həmin gün səhər saat  yeddi idi . Bizə döyüş əmri gəldi və biz döyüşlərə atıldıq. Biz döyüşə başlayanda qruplarımız artıq istehkamı qırıb keçmişdi. Sonra əmr gəldi ki,biz Füzuli rayonunun Yastıtəpə istiqamətinə ön xəttə gedək. Yastıtəpə istiqamətinə hücum edəndə orada qruplarımız  olduğu üçün əmr gəldi ki, siz hələ  növbəti əmri gözləyin. Biz də qayıtdıq Qaradizə. Orada bayraq meydanının arxasında toplaşıb növbəti əmri gözlədik. Sentyabrın 27-si səhər-səhər  saat doqquzun yarısı olardı. Bir mərmi düşdü yanımıza, təxminən  bizdən  200 metr aralı. Beş dəqiqə keçmişdi bir mərmi də düşdü yolun ortasına. Düz yanımıza. Mənim yanımda olanlardan başqa biznən bölüyün arasına düşdü. Arxada olanlardan yox, yanımda  olanlardan dörd nəfər yaralandı.Bu dörd nəfərin biri əsgər Məmmədov Rza şəhid oldu Allah rəhmət eləsin.Ağayev Ruslan, Məmmədov Orxan, bir də  Beyləqanın Yuxarı Aran qəsəbəsindən sonradan hərbiyə könüllü gəlmiş mayor İmanov Həzi  Tofiq oğlu yaralandı. Mayorun qarın nahiyəsindən qəlpə dəymişdi. Mənim özüm də yaralanmışdım. Kürəyimdən qəlpə yarası bir də maşının yanında olduğuma görə qəlpə maşının şüşəsinə dəyərək sındırmışdı. Sınan  şüşə gözümə batmışdı. Yanımda maşın yanırdı. Su töküb  maşını söndürdüm.Sürücü maşını işə saldı, yaralılarımızı təxliyə elədik. Şəhidimizi  və yaralılarımızı gətirdik Füzuli Diaqnostika Mərkəzinə. Şəhid yolda iki dəfə ayılmışdı. Xəstəxanaya qədər  nəfəs ala-ala gətirmişəm. O, sudurğa keçirirdi.Əlim ağzında qoymurdum ki, dili qatlana. Belə gətirdim çıxartdım Diaqnostika Mərkəzinə. Ora çatandan sonra dedilər ki, şəhid oldu. Yaralılaraı həkimlər  təcili əməlyata götürdülər. Hamının vəziyyəti yaxşı oldu. Onlar mənim də kürəyimdən qəlpəni çıxartdılar. Amma, həmin vaxtda göz həkimi başqa döyüşçümüzü  əməlyat etdiyi üçün  orada çox dayana bilmədim.  Ona görə də döyüşçü qardaşlarımın yanına qayıtmaq üçün  yenidən xəstəxananın qabağına çıxdım. Gördüm bir mülkü maşın dayanıb. Dedim:-Qardaş, məni Qaradizin “kruquna” kimi apara bilərsən?Yəni ordan o yana getmək asan idi. Bölüyümüzə qayıdanda gördüm ki, bizim bölük yerini dəyişib. Orada “Melisa” restoranı var. Bölüyümüz yerini  ora dəyişmişdi. Gəldim ora. Qərərgah rəisimiz mayor Azər Mikayılov. O, da şəhid olub. Allah rəhmət eləsin. O,  məni bölük komandirinin yanına  göndərdi.Onun maşını ilə bir də məni qaytardı  Füzuli Diaqnostik Mərkəzinə. Gəldim gözümdən şüşəni çıxartdılar.Hətta  o qədər mən tələsirdim ki, yəni döyüşçü qardaşlarımdan narahat idim. Elə bunun üçün də xəstəxanada  qeydiyata da düşmədim. Heç onda bu  mənim yadıma da düşmürdü. Qayıtdım getdim, ora.  Mən ora çatandan 20 dəqiqə sonra əmr gəldi ki,Yastıtəpə istiqamətində irəliləyək. Bu istiqamətdə irəlilədik.Sentyabrın 27-dən  həmin ayın 30-u tezdənə qədər orda olduq. Sentyabrın 30-u günü yaralandım.  Sentyabrın  30-na qədər 700 metr minalı sahədən  keçərək  ən azı 40 nəfər yaralımızı  gətirmişəm, təxliyə eləmişəm. 700 metr  məsatədən  əsgərlərimizi xərəklə gətirirdim.  Xərəyi götürdünsə yerə qoya bilməzdin. Çünki, hər tərəf minalanmışdı.  Xəndəyi əlimizdən yerə qoysaq mina partlaya bilərdi.Bu yaralıların hamısını Yastıtəpə istiqamətində gedən döyüşdə çıxartmışam.Yaralıların çıxarılmasında Muradov Şahin bizim komandirin sürücüsü, Salmanov Rəşad tibb maşınının sürücüsü, adlarını bilmədiyin əsgərlər də  mənimlə  gedib yaralılarımızı çıxarıb.Yaralılarımızın hamısını da sağ-salamat döyüş  meydanından çıxara bildik.

    Sentyabr ayının 30-u  səhər idi.  Təminat getməli idi.

   Artıq kənd Qaradiz də bizim nəzarətimizdə idi,yəni  kəndi azad etmişdik.Meşənin üstündə,Kümbəz deyilən yer var. Künbəzin yanında idi, bizimkilər. Künbəzin yanına biz səngərlə getdik. Ora çatdıq.  Allah rəhmət eləsin Hərbi hissə komandirimiz şəhid olub. Mənə dedi: -Sən nə gəzirsən burda? Dedim ki, təminat gətirmişəm. Dedi ki, bir də gəlmə, səm bura. Çünki, əslində mən orda olmalıydım,bizim həkim  1000 metr arxada olmalıydı,maşının yanında. Sadəcə olaraq həkim qabağa getdiyinə görə məni qoymurdular gedəm qabağa. Mənə deyirdilər ki, sən min metr bizdən arxada ol. Yəni yaralını təxliyə elə, sən apar. Dedi , get  bir də gəlmə. Dedim.Oldu. Təminatı verib qayıdıb gəldim. Bizim MTO rəisi komandirin müavini gəldi o, məni dedi ki, niyə sən ora getmisən. Birdən yaralımız gələr , onu təxliyə etmək lazım olar .

  Mənim isə ürəyim dözmürdü. İstəyirdim irəli gedəm. İrəlidə döyüşəm,döyüş yoldaşlarımın yanında olam...Onsuz da irəlidə idim. İrəlidə olanlarla aramız 1000 metr idi.Mən  səngədə avtomat döyüşündə olmaq istəyirdim. Ona görə də  onlar həkimi aparmışdılar. Həkim döyüşə girmirdi.Ordan qayıdıb gəldim. İkinci növbə təminat aparırdım. Təminat aparanların sumkalarına köməklik elədim. Sumkaları qaldırdım çiyinlərinə.On metr bunlardan aralandım. Köhnə bir səngər var idi.Endim ora. Minamyot da ki, o qədər çox atılırdı ki, gizdənəcək bir yer fikirləşə bilmirsən. Yəni fikirləşdim ki,harda durum ki,qəlpədən qorunum. Bunun üçün ən əlverişli yer səngəri bildim.Həmin ərazilərin bütün kardinatları onlarda var idi. Aprel döyüşlərindən qabaq o yerlər erməni işğalında  olmuşdu. Hər kvadrat metrə qədər onlar istədyi yerə ata bilirdilər.

Səngərə enib üst geyimimi atdım səngərin icinə. Uzandım, oturyb kürəyimi səngərə söykəyəndə mərmi gəldi düşdü o təminatı aparanların içinə.. . Onların durduğu yerə qədər maşın gəlirdi. Ordan o yana yeməyi çiynimizdə aparırdıq. Mərmi on bir nəfərin içinə düşdü.  Bunlardan üçü şəhid oldu. Birinci şəhidlərə tərəf qaçdım, fikirləşdim ki, hardasa yaşayan varsa  birinci onu çıxardım. Onların yanına çatanda gördüm ki, şəhid olublar. Qayıtdım bir əsgərim var. Xəlilov Rəşad. Gördüm ki,  əsgərim Kəlmeyi Şəhadətini deyir. Dedim ki, Rəşad Kəlmeyi Şəhadətiyi de, amma, qorxma, qoymayacam öləsən. Qolundan yaralanmışdı, çoxlu qəlpə yarası almışdı.Çoxlu qan itirmişdi. Ən çox qan itgisi də qolundan idi.Onun yanında çanta var idi.  Çantadan tez sarğını çıxardıb onun  qanını kəsdim. O münvalla  səkkiz nəfərin səkkizinin də qanını kəsdim. Mən yaralılara kömək elədiyim vaxt   mənfurlar yenə də atdılar. Mərmi düşdü yanımıza. Artıq onda özümü yox , yaralıları düşünürdüm, onların həyatının xilas etməyi düşünürdüm.Sürücü Salmanov Rəşad da həmin vaxt ayağından yaralanmışdı.  Kömək eliyəcək heç kim yox idi.Yaralıları sürücümüzlə mən ikimiz yığdıq maşına.

 Elə bu zaman qərərgah rəisimiz gəldi çatdı. Maşında ani bir vaxtda nasazlıq yarandı. Qərərgah rəisimiz kömək elədi maşını işə saldıq. Oturduq maşına,oradan çıxdıq. Həmin yerdən, 200 metr aralaşmışdıq ki, düşmən tərəfdən bir mərmi də atdılar. Heç kimə dəymədi, amma maşının təkərini partlatdı. Mərim qəlpəsi qapını deşib  çanaqlığımdan girdi qarın nayihəmdən çıxdı. Həmin qəlpə sürücünün  qoluna dəyib onun qolunu yaraladı Sürücünün qolundan qan axmağa başladı. Dedim ki, Rəşad narahat olma. Mənə də dəyib.

Rəşad qayıdıb mənə dedi ki, çox yaralanıbsan?

 Dedim: Boş şeydi.Əsas odur ki, maşını aşırtma.

Gördüm ki, sanki məndə qızışma var. Əlimi vurdum, gördüm əlim tamam qanın içindədi. Dedim,yəqin  batıbdı da. Bir az fikir vermədim. Sonra gördüm ki, sinəmin altından da qızışma gəlir. Baxıb gördüm remenim də qırılıb,böyrümdə bıçağım var idi. Baxdım ki, bıçağım da yoxdur.Bıçağı da qəlpə qırıb aparıbdı. Geyimi qaldırdım ki, qarnım da deşilib. Onda sürücüyə  dedim : -Rəşad mən qan itirirəm. Amma, ikimizdən başqa arxada səkkiz  yaralımız var. Bir mənimlə heç nə dəyişmir. Maşını elə sür ki, maşın aşmasın. Maşın aşsa, bu yola dayanmadan atırlar. Bizi  bu atəşin altından heç kim çıxarda bilməyəcək. Rəşad  bütün diqqətini toplayaraq bizi Cocuq Mərcanlı yoluna gətirib çıxartdı. Asvalt yola. Bizim ora gəlib çatmağımız haradasa 40 dəqiqə çəkdi. Orada  bir ambulans, bir tibb maşını var idi. Ondan bir gün qabaq  mənfurlar tibb  maşınlarının dayandığı yeri vurmuşdular deyin, ona görə də orada bir maşın dayanırdı, çox maşın dayana bilmirdi. Şüşəni endirdim. Dedim:- Yaralılarımızı düşürdün,bizim şəhidlərimiz var. Gedirik onları gətirməyə. Özüm belə dedim ki, yaralılarımı məndən qabaq götürüb aparsınlar. Hansı ki, mən onlardan ağır yaralanmışdım. Bunu onlara bildirmədim. Həmən  səkkiz yaralını götürüb  apardılar. Sürücü daldan qışqırdı ki, ambulansı saxlada, məni də ambulasa qoya. O, eşitməyib getdi.  Onsuz da ta artıq o ambulansda yer də yox idi ki, məni də apara. Orda bir dənə köhnə  tibb maşını var idi. Sürücü ilə mən  mindik həmin tibb maşınına  Qaradizin “kruquna” gəldik. Qaradizin “kuruquna”çatanda gördüm ki, mənə soyuq tər gəlir,dodağım çartladı, su istəyirdim.Qaradizin “kruqun”da məni ambulansa mindirdilər. Yolda məni aparana dedim ki,  məni Diaqnosika Mərkəzinə çatdır.Çatdırsanız ora çatdırın, çatdıra bilməsəniz o birilərə getməyə ehtiyac yoxdur. Əgər işdi olar ki, çata bilmərəm. Boynumda dəmir birkam- kimliyim var, adım da Mir Calaldı .Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsinə xəbər edin. Atamgil orada  yaşayırlar. Dedim: -Qardaşımın da adı Mirağadır. Dedim, telefon nömrəsini də verim. Telefon nömrəsini verdim ki, əgər çatmasam, qoy o, vaxtında gəlsin. Həmin vaxt şəhidimiz də, yaralımız da  çox gəlirdi.  Yəni vaxtında xəbər edin qardaşım gəlsin...

   Qurban olum Allaha. Allahdn üzülməyən, üzülmür. Ordan oyana yadımda deyil. Gecə saat iki idi narkozdan ayıldım.

   Narkozdan ayılanda gördüm ki, başımın üstündə bir tibb bacısı dayanıb. O, dedi ki, xalan səninlə danışmaq istəyir. Çox narahatdılar. Bir kəlmə danışa bilərsən?

  Dedim ki, hə. Tibb bacısı zəng elədi. Xalam mənim adımı çəkdi. Dedim:- Hə, xala eşidirəm.

  Dedi:-Nə tərisən?Dedim ki, xala, yaxşıyam. Amma, mamam bilməsin. Anamın bilməsini heç istəmirdim. Fikirləşirdim ki  bu xəbərə ürəyi dözməz.Bir də gördüm ki, anam cavab verir mənə. Ondan sonra da məni gətirdilər Beyləqan Mərkəzi Xəstəxanasına. Üç gün orada qaldım. Oradan məni Bakıya Papanin adına  qospitala apardılar. Altı gün orda qaldım.Ondan da sonra göndərdilər Bakı Sağlamlıq Mərkəzinə.

    Qələbəmizdən  dörd gün sonra  noyabrın 14-dü mən xəstəxanada çıxdım. Bir ay məzuniyyət verdilər,təkirar bir də getdim 20 gün əlavə məzuniyyət verdilər. Yanvarın 10-da təzdən həkim komisiyasına gedəcəm. Döyüş zamanı və eləcədə döyüşdən sonra  qazilərimizə, yaralılarımıza  diqqət və qayğı göstərən bütün tibb işçilərinə minnətdarlıımı bildirirəm.Yan hissəmdə hələ 11 qəlpə qalır. Həkimlər   deyir ki, onları çıxarda bilmərik. O qəlpələri çıxartmaq üçün  əti sümüyə qədər qaşımlıyıq. Ona görə də həkimlər o qəlpələri çıxarmağı məsləhət görmədilər. Döyüş yolum Füzuli, Hadurut (Ağoğlan), Cəbrayıl, Qubadlı,  Zəngilanadan keçib. Zəngilanda az olduq. Biz ora çatanda 116 nəfər döyüşçüdən yaralıların sayını bilmirəm 31 nəfər şəhidimiz var idi. Allah hamısına rəhmət eləsin.

     Qazimizin qardaşı Mirağa  Kazımov söhbətimizə körpü saldı: -Başda Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını qazandığımız  qələbə münasibəti ilə təbrik edirəm. Cənab Prezidentimiz bu qələbənin qazanılması yolunda çox əziyyət çəkdi. Müharibə ərəfəsində cənab Prezidentimizə iri dövlətlər tərəfindən  nə qədər təzyiqlər oldu, bunu hamımız yaxşı bilirik. Müzəffər Ali Baş Komandanımız  bütün təzyiqlərə sinə gəldi, qalib gəldi. Bu qalibiyyətimiz də tarixə yazıldı. Azərbaycan, başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bir tarix yazdıq. Bütün dünya bizim qələbəmizdən danışdı. Bilirik ki, dünyada böyük dövlətlər var ki, onlar lobbilərin vasitəsi ilə Azərbaycana təzyiqlər  göstərməyə çalışdılar. Şükür Allaha, biz qalib gəldik. Şəhidlərimiz var.Allah hamısına rəhmət eləsin, yerləri cənnət olsun, qəbrləri nurla dolsun. Uca Yaradan Qazilərimizə şəfa versin.Torpaq uğrunda ölən varsa Vətəndir. Vətən sağ olsun! QARABAĞ AZƏRBAYCANDIR!

Mir Calal şəhid ailələrinə, qazilərə göstərilən diqqətə görə Ali Baş Komandanımıza öz minnətdarlığını bildirdi:

-Çox sağ olsun, Ali Baş Komandanımız cənab İlham Əliyevi.  Bütün şəhidlərimizi,onların ailələrini, qazilərimizi , döyüşçülərimizi  öz diqqətində saxlayır. Müharibədən sonra Prezidentin sərəncamı ilə təltif olunanların siyahısına mənim də adım var.Bu günlərdə zəng edib məndən  soruşdular ki,  “Cəbrayılın  azad olmasına görə” və “Döyüşdə fərqlənməyə görə” siyahıda adın var ? Dedim:-Yox.  Dedilər ki, adın siyahıya alınıb. İnşəallah o meddallarını da alacaqsan, adını medala göndəririk.

   Mir Calal torpaqlarımızın işğaldan azad edilməsi uğurunda  aparılmış döyüş əməliyatlarında  sücaət, igidlik  nümayiş edərək Dövlətimizin Bşçısının  cərəncamı ilə medallarla təltif olunub.

    25 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  sərəncamı ilə Azərbaycan  Respblikası Silahli Qüvvələrin  hərbi qulluqçularının “Füzulinin azad olunmasına görə”  və

   29 dekabr 2020-ci il tarixdə “Qubadlının azad olunmasına görə” medalları  ilə  baş çavuş Kazımov Mir Calal Həmid  oğlu  təltif olunmuşdur.

 

MİR CALAL DASTANI

 

Cəsur bir qəhrəman tək,

Aldın silah əlinə

Sən hərbi and da içib,

Sadiq oldun Vətənə!

 

Ağır döyüşlərdə sən,

Mir Calal, zəfər çaldın.

Vətənin dar günündə,

Andına sadiq qaldın.

 

Dəmir yumruğa dönüb.

Zərbə vurdun düşmənə.

Ananın verdiyi süd,

Qoy halal olsun sənə!

 

Yastıtəpə uğrunda,

Qəhrəmanlıq göstərdin.

Yaralı əsgərlərin,

Həyatın xilas etdin.

 

Ön cəbhədən  çıxrtdın,

Neçə yaralını sən.

Özün yaralansan da,

Önündən qaçdı düşmən.

 

Azad olan yurdlara,

Sancdızız bayrağı siz.

Xalq sizə arxalandı,

Dağa döndü qəlbiniz!

 

Qalib bir  əsgər kimi,

Sinəndə medalın var.

Bütövləşdi yurdumuz,

Sənə açıldı qollar.

 

Döyüşdün  inam ilə,

Sən şanlı tarix yazdın.

Tarixlərə yazıldı,

Mir Calal,  igid adını.

 

Gözlərində qorxu yox,

Oxunacaq dastanın.

Şən qəhrəman oğlusan,

Bütöv  Azərbaycanın!

 

Ordumuzun gücündən,

Heyrətə gəldi cahan.

Müzəffər ordumuzla,

Qürur duydun hər zaman.

 

Fəxr edərək səninlə,

Deyəcik zaman-zaman.

İndi Qəhrəmanlıda,

Var sənin tək qəhrəman.

 

Qorudun bu torpağı,

Döyüşdə Qazi oldun.

Bütün xalqın gözündə.

Qəhrəman tək ucaldın!

 

Elman İsrafiloğlu