Rumıniyada “Britaniya ştammı”na yoluxma qeydə alınıb

05:00 09-01-2021 32

Rumıniyada koronavirusun yeni mutasiya etmiş növünə yoluxma qeydə alınıb.

“Moskovski Komsomolets” xəbər verir ki, bu barədə Rumıniya KİV-ləri məlumat yayıb.

Məlumata görə, yoluxma ölkənin cənubunda yaşayan 27 yaşlı sakində təsdiqlənib.

Bildirilir ki, xəstənin səhhəti normaldır, o, ambulator qaydada müalicə olunur.