Niderlandda turistlərin narkotikdən istifadəsi qadağan edilə bilər

07:00 09-01-2021 386

Amsterdam şəhərinin rəhbəri Femke Halsema yüngül narkotiklərin xarici turistlərə satılmasının əleyhinə olduğunu bildirib.

Bu barədə “Qovorit Moskva” radiostansiyası məlumat verib.

F. Halsema bildirib ki, bu barədə qərar əyləncə müəssisəsinin sahibləri ilə məsləhətləşmələrdən sonra veriləcək.

“Biz istərdik ki, şəhərimizə təşrif gətirən insanlar spirtli içki və narkotiklərin əldə olunması ilə yox, mədəniyyət müəssisələrimizin gözəlliyi ilə maraqlansınlar”, - deyə Niderland paytaxtının rəhbəri deyib.