Ucarda eyni vaxtda iki ev yandı - VİDEO

13:00 09-01-2021 337

Ucar rayonu ərazisində yerləşən ümumi sahəsi 100 kvadrat metr olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər məlumata görə, Ucar rayonunda ümumi sahəsi 300 kvadrat metr olan ikimərtəbəli evin yanar konstruksiyaları 50 kvadrat metr sahədə və dam örtüyü 70 kvadrat metr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.