Türkiyədə bələdiyyə başçısı: “Şahzadə Diananın bal ayı Borçkada keçib” - FOTO

19:20 09-01-2021 450

Türkiyədə bələdiyyənin sosial media hesabında paylaşılan zarafat sosial mediada gündəm olub.

Belə ki, paylaşımda şahzadə Diana və şahzadə Çarlzın bal ayını Borçkada keçirdiyi bildirilib.

Bu barədə “HaberGlobal” xəbər yayıb.

Foto istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb və böyük müzakirələrə səbəb olub. Bu səbəbdən Artvin şəhərinin Borçka bələdiyyəsinin sədri Ercan Orhan açıqlama vermək məcburiyyətində qalıb.

“Məqsədimiz rayonun təbii gözəlliklərinə diqqət çəkməkdir. Fotodakı mənzərə mahalımıza bənzədiyi üçün zarafat etmək istədik”, - deyə o bildirib.

Bələdiyyə başçısı sosial media hesablarında əvvəllər də belə yazılar dərc etdiklərini və bundan sonra da edəcəklərini vurğulayıb.