Salyanda iki avtomobilin toqquşması nəticəsində xəsarət alan var

22:40 09-01-2021 398

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə axşam saatlarında yeni Ələt-Astara magistral yolunun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük maşını qarşıda gedən minik avtomobilini vurub. Nəticədə minik avtomobilində olan Masallı rayonunun Yeddioymaq kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Həbulla Əli oğlu yüngül bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.