Çin sakinləri koronavirusdan pulsuz vaksinasiya olunacaqlar

08:00 10-01-2021 322

Çin sakinləri koronavirusdan pulsuz vaksinasiya oluna biləcəklər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Çin Xalq Respublikası Dövlət Səhiyyə Komitəsindən bildirilib.

Məlumata görə, vaksinasiya və peyvəndlərin bütün xərcləri tibbi sığorta və maliyyə fondları tərəfindən ödəniləcək.

Qeyd olunur ki, ilk mərhələdə gömrük müfəttişləri, tibb işçiləri, idxal edilmiş dondurulmuş məhsullarla əlaqəli işləyənlər, dəniz və hava nəqliyyatı sahəsində çalışanlar, dəniz məhsulları bazarlarında və ictimai nəqliyyatda işləyənlər, həmçinin mürəkkəb epidemioloji vəziyyəti olan ölkələrdə işə və ya oxumağa gedən insanlar vaksinasiya olunacaq.

İkinci mərhələdə, peyvənd artıq bazara çıxdıqda və ya istehsal həcmi artdıqda, peyvənd vurduranların dairəsi genişləndiriləcək.