Bakıda məktəb binasında yanğın olub

09:20 10-01-2021 379

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 1000 m² olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.