İndoneziyada “Boeing 737-524” təyyarəsinin qəzaya uğradığı yer aşkarlandı

10:00 10-01-2021 383

İndoneziyada havaya qalxdıqdan qısa müddət sonra dənizə düşən “Boeing 737-524” təyyarəsinin qəzaya uğradığı yer dalğıclar tərəfindən aşkarlanıb.

TASS-ın məlumatına görə, bu barədə “Associated Press” agentliyinə İndoneziya Silahlı Qüvvələrinin marşalı Xadi Tçaxdjanto açıqlama verib.

“Dalğıc qrupundan suda görmə qabiliyyətinin yaxşı olduğu barədə məlumat aldıq və bu da təyyarənin bəzi hissələrini aşkar etməyə imkan verir. Təyyarənin burada qəzaya uğradığına əminik”, - deyə o bildirib.

Marşal qeyd edib ki, qalıqlar Yava dənizində 23 metr dərinlikdə aşkarlanıb.

Artıq Lankanq və Laki adaları arasında insan cəsədlərinin hissələri, geyimlər və təyyarənin metal qırıntıları xilasedicilər tərəfindən çıxarılmağa başlanılıb.