Türkiyədə COVID-19-dan 176 nəfər ölüb - FOTO

21:00 10-01-2021 370

Son sutka ərzində Türkiyədə yeni növ koronavirusdan 176 nəfər ölüb. 

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, həmçinin daha 9 138 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb.

Qeyd edək ki, Türkiyədə indiyə qədər 2 326 256 nəfər COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 198 150 nəfər sağalıb, 22 807 nəfər isə ölüb.