İspaniyada qar fırtınası üç can aldı

22:00 10-01-2021 339

İspaniyada iki gündür davam edən qar fırtınası üç nəfərin ölmünə səbəb olub.

“Habertürk” məlumat verir ki, qar ölkəni iflic edib. 600-ə yaxın maşın yolda hərəkətsiz qalıb.

Fırtına nəticəsində üç nəfər ölüb, 1500 nəfərin həyatı xilas edilib.

Bildirilir ki, İspaniya son 50 ilin ən kəskin fırtınası ilə üz-üzə qalıb.