Neftçalada motosiklet qəzaya düşdü, ölən var

22:20 10-01-2021 365

Neftçala rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Hüseynov Aqil Zabil oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarındakı hasara çırpılıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, A.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.