Neymar ilə yeni müqavilə barədə danışıqlar başıanıb

05:00 11-01-2021 456

PSJ klubunun rəhbərliyi komandanın forvardı Neymarla yeni müqavilə ilə bağlı danışıqlara başlayıb. 

L'Equipe nəşri Telefoot-a istinadla iddia edir ki, Parislilər tezliklə futbolçuya yeni müqavilə təklif edəcəklər. Neymar özü də komandada qalmaq istəyir.

Braziliyalıın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Bu mövsüm 28 yaşlı braziliyalı futbolçu PSG formasında bütün turnirlərdə 12 matçda iştirak edərək 9 qol vurub və 5 məhsuldar ötürmə verib.