Şahzadə-cütlük sosial şəbəkələrlə vidalaşdı

07:00 11-01-2021 34

Şahzadə Harry və Megan Markle sosial şəbəkələrlə vidalaşmağa qərar veriblər.

2020-ci ilin martında Instagramı tərk edən cütlük artıq Twitter və Facebook platformalarından istifadə etməyəcəklər.

The Time bildirir ki, cütlük şərhlərdə vaxtaşırı aldıqları mənfi rəylərdən özlərini qorumaq üçün bu qərarı veriblər.