Britaniya sakini lotoreyada 20 milyon funt udub

08:00 11-01-2021 352

Böyük Britaniyanın sakini Milli Lotereyada 20 milyon funt (46 milyon manat) qazanıb.

Bu barədə Sky News xəbər verib.

Daha beş nəfərin hər biri 1 milyon funt (2,3 milyon manat) udub.

Britaniya Milli Lotereyası hökumət tərəfindən maliyyələşdirilir və 1994-cü ildən keçirilir.