KİV: “Kapitoli hadisələrindən sonra polis əməkdaşı intihar edib” - FOTO

09:40 11-01-2021 30

Kapitolinin polis zabiti Hovard Liebengudun ölüm səbəbi intihar ola bilər.

Bu barədə “Associated Press” xəbər yayıb.

Bazar günü 51 yaşlı polisin vəfatı barədə xəbərlər yayılmışdı. Ancaq onun ölüm səbəbi açıqlanmamışdı.

Qeyd edək ki, Liebengud Kapitoli iğtişaşlarından sonra ölən ikinci polis əməkdaşıdır.

Bundan əvvəl hadisə baş verən zaman yaralanan Brayn Sinkinin ölümü barədə xəbər verilmişdi.