Çin peyvəndinin nəticələri ilə bağlı AÇIQLAMA

11:20 11-01-2021 393

Türkiyənin Kocaeli Universitetinin İnfeksion Xəstəliklər üzrə mütəxəssisi, professor Sıla Akhan Çin peyvəndi “Sinovac”la bağlı açıqlamar verib.

Sondakika.com məlumat verir ki, o, Türkiyədə peyvəndin tətbiqi üçün son çalışmaların getdiyini və artıq könüllülərin anticism testi üçün çağırıldıqlarını deyib.

Onun sözlərinə görə, Braziliyada artıq bu dərmanla 10 mindən çox insan peyvənd edilib:

“12 400 peyvənd edilən şəxslərdən 170-i koronavirusa yoluxub. Ən önəmlisi budur ki, peyvənd edilənlərdən virusa yoluxanlar xəstəliyi yüngül keçirib. Yəni peyvəndin xeyirini görüblər”.