Astara sakini evində qumar oyunu təşkil edib

12:00 11-01-2021 404

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı bir neçə rayon sakininin karantin rejimi qaydalarını pozduğu və Ojakəran kənd sakini R.Əliyevə məxsus evdə toplaşaraq, qumar oyunu oynadıqları müəyyən edilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həmin vaxt orada olan şəxslər polis şöbəsinə dəvət edilərək, onlarla profilaktik söhbətlər aparılıb və karantin rejiminin qaydaları bir daha izah edilib.

Dörd nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.