Xankəndidə atışma: İki erməni tutuldu

12:40 11-01-2021 566

Bu gün Xankəndidə atışma olub.

“Sputnik Ermənistan”ın məlumatına görə, bu gün saat 04:50-də Xankəndinin müxtəlif hissələrində atəş səsləri eşidilib.

“Hadisəyə görə iki erməni saxlanılıb.Onlar şəhərin müxtəlif yerlərində avtomat silahdan atəş açıblar”, - deyə mənbə bildirir.

Hazırda hadisənin təfərrüatı araşdırılır.