“Sabah” Finlandiyadan futbolçu gətirdi - FOTO

16:20 11-01-2021 37

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib. 

Fil Dişi Sahilindən olan hücumçu Tiemoko Fofana bundan sonra Azərbaycan klubunun uğurları üçün çalışacaq. 

21 yaşlı futbolçu Finlandiyanın “İlves” klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.

Qeyd edək ki, Tiemoko Fofana karyerası ərzində “İlves”dən başqa Danimarkanın “Norşelan” klubunun 19 yaşadək komandasında da çıxış edib.