Fransada şagird müəllimləri ölümlə hədələyib: Təhsil müəssisəsi fəaliyyətini dayandırıb

03:40 12-01-2021 401

Fransanın Püi-de-Dom departamentində müəllimləri zorlamaqla və ölümlə hədələyən şagirdə görə liseyin fəaliyyəti müvəqqəti dayandırılıb.  

Bu barədə BFMTV telekanalı məlumat verib.

Müəllimlər hədələri virtual dərslər zamanı alıb.

Qeyd olunur ki, hədələr həmçinin dini ekstremizm xarakterli olub.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürüb. Hədələrlə əlaqədar 15-dən çox məktəbli dindirilib.