ÜST: “Koronavirusun yeni variantı hələlik aqressiv infeksiya ilə müşahidə olunmayıb”

05:20 12-01-2021 470

Yaponiyada aşkar edilmiş koronavirusun yeni variantı hələlik daha aqressiv infeksiya ilə müşahidə edilməyib.

“RİA Novosti” agentliyi xəbər xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus deyib.

“Həftə sonu Yaponiya ÜST-ə virusun yeni variantının aşkar edildiyini açıqlayıb. Virus nə qədər çox yayılarsa, onun yeni variantlarının ortaya çıxma ehtimalı o qədər çox olur. Nəticədə xəstəlik və xəstəxanaya yerləşdirilmə artımı yüksək olur, bu da virusla mübarizədə onsuz da işi ağır olan xəstəxanaların işini daha da çətinləşdirəcək”, - deyə A. Qebreyesus vurğulayıb.