Konor Makqreqor: “Poryeni 60 saniyəyə nokaut edəcəyəm”

06:20 12-01-2021 436

Keçmiş UFC çempionu Konor Makqreqor Dastin Porye ilə qarşıdan gələn görüş barədə gözləntilərini açıqlayıb.

Bu barədə “MMAJunkie” məlumat yayıb.

“Dastini bəyənirəm. Düşünürəm ki, yaxşı döyüşçüdür, hətta böyük döyüşçüdür. Ancaq buna baxmayaraq, səviyyəcə məndən aşağıdır. Mən Dastini 60 saniyəyə nokaut edəcəyəm”, - deyə K.Makqreqor bildirib.

Xatırladaq ki, Konor Makqreqor və Dastin Porye arasında döyüş yanvarın 23-də keçiriləcək.