Koronavirusun profilaktikası üçün “Sağlamlıq butebrodu”nun resepti verildi

07:20 12-01-2021 24

Koronavirusun qarşısını almaq üçün yağlı yeməklərdən, məsələn, çörək, heyvan piyi, keşniş, şüyüd və qara bibərli “sağlamlıq buterbrod”u çox yaxşı təsir göstərir.

“Rossiyskaya qazeta”nın verdiyi məlumata görə, belə bir resepti rusiyalı dietoloq İrina Dyadikova təklif edib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların da menyusuna heyvan yağı olan qidalar daxil edilməlidir.

“Ağciyər xəstəlikləri qədimdən piylə müalicə olunur. Xalq təbabətini xatırlayın: salo, keçi piyi, porsuq piyi… Onlar sinə və ya kürəyə çəkilir, yaxud da ərinmiş vəziyyətdə südə qatılaraq daxilə qəbul edilirdi”, - deyə o, bildirib.

Dietoloq bununla belə piyi “boşqab-boşqab” yeməyin düzgün olmadığını vurğulayıb.

O, qışda pəhrizlərə uymamağı, tam qidalanmağı tövsiyə edib.