Kapitoli basqınında Pelosinin noutbukunda axtarış aparan kişi ölü tapıldı - FOTO/VİDEO

14:20 13-01-2021 370

Kapitoliyə basqın zamanı ABŞ Konqresinin spikeri Nensi Pelosinin noutbukunda axtarış aparan Tramp tərəfdarı evində ölü tapılıb.

Bu barədə “The Sun” xəbər yayıb.

53 yaşlı Kristofer Stenton Corciyanın cəsədi həyat yoldaşı tərəfindən Alfaretadakı evlərinin zirzəmisində tapılıb. Qadın dərhal hüquq mühafizəçilərinə xəbər verib.

Kişinin ölüm səbəbi araşdırılır. Polis istintaqa başlayıb.