Erməni təxribatı nəticəsində Tərtərdə neçə obyekt tam dağılıb?

16:20 13-01-2021 35

Ermənistan silahlı qüvvələrinin dinc sakinlərin olduğu yaşayış məntəqələrini atəşə tutması nəticəsində Tərtər rayonunda mülki obyektlərə dəymiş ziyanın müəyyənləşdirilməsi prosesi yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə açıqlamasında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyasının üzvü Qubad Heydərov deyib. O bildirib ki, komissiya üzvləri artıq Tərtərdə 90 faiz əraziyə baxış keçirib:

“Ümumilikdə 3 800 obyektə baxış keçirilib. Onlardan 34-ü sosial, 24-ü inzibati bina, 102-si sahibkarlıq obyektidir. Həmin obyektlərdən 76-sı tam qəzalı vəziyyətə düşüb, bərpası mümkün deyil. Qalan mənzil və obyektlər bərpa və təmirə ehtiyacı olanlardır. Hazırda 600-ə yaxın obektə baxış keçiriləcək ki, həmin obyektlərin sahibləri sonradan komissiyaya müraciət ediblər”.