Əhməd İsmayıl: “Xarici media subyektlərinin təcrübəsi yerli media qurumlarında tətbiq olunacaq”

16:40 13-01-2021 331

Xarici media subyektləri ilə yerli media subyektləri arasında əməkdaşlıq üçün tədbirlərin həyata keçirilməsi düşünülür.

Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real tv”yə müsahibəsində məlumat verib.

Əhməd İsmayıl bildirib ki, bu istiqamətdə hazırda iki tədbirin keçirilməsi nəzərdə tutulur:

“Nizamnaməyə görə ilk olaraq yerli media subyektləri ilə xarici media subyektləri arasında informasiya mübadiləsinin həyata keçirilməsinə köməklik olunması məqsədilə platformanın yaradılması nəzərdə tutulur. İkinci olaraq isə, yerli media subyetklərində olan mütəxəssislərin xarici həmkarları ilə təcrübələrinin paylaşılması, əlaqələrin formalaşdırılmasını nəzərdə tutulur”.

Media subyektlərinə bu dəstəyin forması barədə danışan Ə.İsmayıl bildirib ki, sözügedən istiqamətlərdə agentliyin fəaliyyətinin seminarlardan ibarət olacağını bildirib:

“Yerli və xarici mütəxəssislərin iştirakı ilə jurnalistlərə təlimlərin keçirilməsi, müasir standartlara uyğun təcrübələrin ötürülməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün seminar və treninqlərin təşkil olunması nəzərdə tutulur. Bu jurnalistlərin və media subyektlərində çalışan digər şəxslərin də peşə fəaliyyətlərinin artırılmasına xidmət edəcək. Xarici media subyektlərinin təcrübəsini, biznes modelini öyrənib yerli media strukturlarında tətbiqi ilə bağlı imkanlar nəzərdən keçiriləcək. Medianın İnkişafı Agentliyinin bu tədbirlərdə məqsədi media subyektlərinin dünyada mövcud olan standartlar çərçivəsində iqtisadi müstəqilliyə nail olmasıdır”.

Könül Cəfərli