Erməni deputat jurnalistin mikrafonunu oğurladı - VİDEO

00:20 14-01-2021 505

Ermənistanın Qarabağda hərbi fiaskoya uğraması bu ölkədə ictimai-siyasi münasibətlər sistemində də böhran yaradıb.

Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Hayk Sarkisyanın jurnalistə qarşı kobud davranışı ictimai müzakirələrə və etirazlara səbəb olub.

Belə ki, deputata ona sual ünvanlamaq istəyən “Yerevan Today” informasiya agentliyinin jurnalistinin mikrafonu alıb, mətbuat işçisinə qarşı kobud ifadələr işlədərək onu qapı arxasında qoyub.