İmmunoloqlar hökuməti “AstraZeneca” peyvəndindən imtina etməyə çağırıblar

03:20 14-01-2021 426

Avstraliya və Yeni Zelandiya immunoloqları cəmiyyəti Avstraliya hökümətini “AstraZeneca” peyvəndi ilə kütləvi vaksinasiya proqramını dayandırmağa çağırıb. Belə ki, bu peyvənd kollektiv immunitetin yaranması üçün kifayət qədər effektiv deyil. 

Bu barədə Monaşa Mişel adına Universitetin elmi işçisi, yoluxucu xəstəliklər üzrə ekspert Ananda Raca məlumat verib. 

“Kollektiv immunitetin formalaşması çox vacibdir. Məhz bunun sayəsində biz adi həyat tərzinə qayıda bilərik. Lakin bunu təmin etmək üçün peyvəndin effektivlik göstəricisi 70-80% arasında olmalıdır. “AstraZeneca” vaksinində isə bu 62,1%-dir”, - deyə ekspert bildirib. 
A.Raca “Pfizer” və “Moderna” şirkətlərinin analoji məhsullarının daha üstün olmasını da qeyd edib. 

Avstraliyanın baş həkimi Pol Kelli isə deyilənlərlə razılaşmayıb. O, bildirib ki, hökumət tərəfindən məhz “AstraZeneca” peyvəndinə üstünlük verilməsi onun ölkə daxilində istehsal olunması və bu səbəbdən daha sürətli və əhatəli vaksinasiya prosesinin təşkili ilə bağlıdır.  

Hazırda Avstraliya hökuməti 140 milyon doza vaksin sifariş verib ki, bunlardan da 53,8 milyonu “AstraZeneca” peyvəndinin payına düşür. Vaksinlərin istahsalı və satınalınması üçün 2.5 milyard dollar vəsait ayrılıb. 

Kütləvi vaksinasiyaya fevral ayında başlanılması planlaşdırılır. Proses könüllü və ödənişsiz olacaq.