Alimlərdən 10 illik COVİD-19 proqnozu

04:20 14-01-2021 344

Amerika alimləri insanlarda aşkar edilən koronavirusun dörd növü barəsində mövcud olan bütün məlumatları təhlil ediblər.

“EurekAlert”in məlumatına görə, təhlillər əsasında alimlər növbəti on il üçün koronovirusla bağlı proqnoz tərtib ediblər. Onların fikrincə, SARS-CoV-2 pandemiyası tezliklə endemik dərəcəyədək azalacaq və virus insanlar arasında baza səviyyəsində daimi olaraq yaşayacaq. Xəstəlik kənar virusların təsirinə məruz qalmayacaq.

Endemik xəstəliyə çevriləcək SARS-CoV-2 virusuna 3-5 yaşlı uşaqlar da tutulacaq. Lakin nə uşaqlarda, nə də yaşlı insanlarda bu, ciddi fəsadlara səbəb olmayacaq.

Virus endemik səviyyəyə düşdükdən sonra genişmiqyaslı vaksinasiyaya ehtiyac qalmayacaq. Amma hazırkı vəziyyətdə kütləvi peyvəndlənmə vacibdir. Yaxın gələcəkdə kütləvi vaksinasiyanın ləğvi isə mərhələli şəkildə, yaş qrupları üzrə aparılmalıdır.