Kosmik gəmiyə Yuri Qaqarinin adı veriləcək

14:20 14-01-2021 19

Rusiya “Soyuz” seriyasına aid kosmik gəmilərdən birinə ilk kosmonavt Yuri Qaqarinin adını verəcək.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Qərar Yuri Qaqarinin kosmosa uçuşunun 60-cı ildönümünün qeyd olunması üçün hazırlanan tədbirlər planı əsasında qəbul edilib.

Y.Qaqarinin adının veriləcəyi kosmik gəminin beynəlxalq kosmik stansiyaya uçuş həyata keçirəcəyi də qeyd olunub.