Macarıstan Çindən bir milyon dozaya yaxın peyvənd alacaq

00:40 15-01-2021 402

Macarıstanın Baş naziri Qerqey Qulyaş bildirib ki, ölkəsi Avropa İttifaqından COVID-19 əleyhinə kifayət qədər vaksin əldə edə bilmədiyi üçün Çindən peyvənd almaq qərarına gəlib.

Bu barədə “Habertürk” məlumat yayıb.

Macar Baş nazir mətbuat konfransında bəyan edib ki, Aİ peyvənd tədarükündə çox ləng hərəkət edir və ölkəsi tərəfindən 19,7 milyon vaksin sifariş edilməsinə baxmayaraq bu günə kimi yalnız 129 680 nəfər vaksinlə təmin edilib.

Qerqey Qulyaş əlavə edib ki, Macarıstan hökuməti vaksin ehtiyacını qarşılamaq üçün bütün fürsətləri dəyərləndirərək Çin dövləti ilə müzakirələr aparıb və “Sinopharm” əczaçılıq korporasiyası ilə ilkin razılıq əldə edilib.

“Çindən bir milyon dozaya yaxın peyvəndin idxalı gözlənilir”, - deyə Macarıstanın Baş naziri vurğulayıb.