Mingəçevirdə qəzalı binanın əlacsız sakinləri - VİDEO

17:20 16-02-2021 320

Mingəçevirdə 73 il əvvəl taxta konstruksiyalar ilə inşa edilmiş binalar qəzalı vəziyyətə düşüb.

Baku TV xəbər verir ki, şəhərin Təbriz küçəsi 2/17 və Mikayıl Müşfiq 3 ünvanında yerləşən binalarda yaşayan sakinlərin həyatı təhlükə altındadır.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qəzalı binada yaşayan sakinlər üçün 2015-ci ildən şəhər ərazisində 40 mənzilli binanın tikilməsi üçün yer ayrılıb, müvafiq sənədlər aidiyyəti qurumlara göndərilib.