“Marriott” hotellər şəbəkəsinin rəhbəri vəfat edib

20:20 16-02-2021 354

Xeyli müddətdir ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən “Marriot” beynəlxalq hotellər şəbəkəsinin idarəetmə heyətinin sədri Arne M.Sorenson vəfat edib.

“Haber Global”ın məlumatına görə, mərhum hələ 2012-ci ildə şirkətin idarə heyətinə sədr seçilmişdi. Cari ilin fevral ayının əvvəlində Soreson ağır müalicə prosedurları səbəbindən şirkət rəhbəri kimi iş qrafikini qısaltmalı olub.

Qeyd edək ki, Sorensonun yerini tutacaq şəxsin kimliyinə aydınlıq gələnədək onun vəzifəsini Stefani Linnarts və Toni Kapuano icra edəcəklər.