Türkiyədə 90 nəfər koronavirusdan vəfat edib

22:40 16-02-2021 363

Türkiyədə son 24 saat ərzində COVID-19 səbəbilə 90 ölüm faktı qeydə alınıb.  

“Haber Global”ın məlumatına görə, sutka ərzində ölkədə 115 794 nəfərin koronavirus testi yoxlanılıb. Onlardan 7 906 nəfərin cavabı pozitiv çıxıb. 7 189 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.

Beləliklə də, indiyədək Türkiyədə edilən testlərin sayı 31 748 965-ə çatıb. Yoluxanların sayı 2 602 034, sağalanların sayı 2 489 624, ölənlərin sayı isə 27 652 nəfərədək yüksəlib.

Hazırda ölkədə koronavirusa yoluxmuş 1201 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.