Hindistanda sərnişin avtobusunun kanala aşması nəticəsində 47 nəfər ölüb - FOTO/VİDEO

23:40 16-02-2021 354

Hindistanın Madhya-Pradeş ştatında içərisində 54 sərnişin olan avtobus kanala düşüb.

Bu barədə “Indian Express” məlumat yayıb.

İlkin məlumatlara görə, faciəyə səbəb sürücünün idarəetməni itirməsi olub.

Hadisə nəticəsində yeddi nəfər xilas edilib, 47 nəfər isə suda boğularaq ölüb. 

Faciə səbəbindən Hindistan DİN rəhbəri Amit Şahın iştirakı ilə ştat ərazisində keçirilməsi nəzərdə tutulan təntənəli mərasim təxirə salınıb.

Cəsədlərin axtarışı fevralın 17-də davam etdiriləcək.