Maşınını ona irad tutan uşaqlı qadının üstünə sürdü – VİDEO

02:00 17-02-2021 457

Sosial şəbəkələrdə sürücünün avtomobilini uşaq arabası ilə hərəkət edən qadının üstünə sürməsi ilə bağlı kadrlar yayılıb.

“Life Shot” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın Novosibirsk şəhərində qeydə alınıb.

Bildirilir ki, qadın uşağı ilə gəzməyə çıxarkən “Toyota” markalı maşınını düzgün park etməyən sürücüyə irad tutub. Sürücü isə buna cavab olaraq maşını geri döndərib və yanında uşaq olmasına baxmayaraq, düz qadının üstünə sürüb. Uşaq hadisədən xəsarətsiz ötüşsə də, qadının ayağı sınıb. Sürücü isə hadisə yerindən uzaqlaşıb.