Antarktida “qanlı” qar örtüyünə bürünüb - FOTO

02:40 17-02-2021 441

Antarktidada Ukraynanın “Akademik Vernadski” stansiyasını “qanlı” qar örtüb.

“Sputnik”in məlumatına görə, bu barədə Milli Antarktida Elm Mərkəzinin Mətbuat xidməti kadrlar yayıb.

Bildirilir ki, narahat olmağa ehtiyac yoxdur. Qütb tədqiqatçıları bu təbiət hadisəsini hər il müşahidə edirlər.

Elm adamlarının sözlərinə görə, Antarktida yayının sonunda qar “çiçəklənir” və qırmızı rəng alır. Bu rəng qarda mikroskopik yosunların inkişafı nəticəsində ortaya çıxır. Onlar ekstremal temperaturdan qorxmayan sporlarla çoxalırlar.

“Qar çiçəklənməsi” iqlim dəyişikliyinə kömək edir. Rəng sayəsində qar daha az günəş işığını əks etdirir və daha tez əriyir.