Xəzər rayonunda avtomobil 7 yaşlı uşağı vurdu

03:00 17-02-2021 395

Bakıda 7 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Şüvəlan qəsəbəsində 7 yaşlı Hüseynova Səbinə Akif qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona alın və yumşaq toxumalarının əziyi diaqnozları qoyulub.