“Mən hələ sağam?” 14 yaşlı qız 13-cü mərtəbədən yıxıldı – ANBAAN VİDEO

15:20 17-02-2021 575

Rusiyada yeniyetmə 13-cü mərtəbədən yıxılıb, lakin sağ qalıb.

Bu barədə “Life Shot” “Telegram” kanalı məlumat yayıb. 

“Mən hələ sağam?” - bu sualı çoxmərtəbəli binadan yıxılan qız üzərinə düşdüyü avtomobilin sahibinə verib. Hadisə vaxtı maşının sürücüsü yaxınlıqda olub. O dərhal qıza yaxınlaşaraq onu sakitləşdirməyə başlayıb, eyni vaxtda təcili yardıma və FHN-ə zəng edib.

Hazırda həkimlər məktəblinin həyatı uğrunda mübarizə aparırlar. Onun huşu özündədir, danışa bilir. Həkimlər hələ ki, müsbət yöndə proqnoz verirlər.

Yeniyetmənin yanına nə valideynləri, nə də polis buraxılır.