Nigeriyada silahlılar kollecin şagird və müəllim heyətini qaçırıb

16:00 17-02-2021 407

Nigeriyada bir qrup silahlı Kaqara şəhərində yerləşən kollecin yüzlərlə şagirdini və müəllimlərini qaçırıb.

Bu barədə “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunur ki, bir neçə şagird və müəllim terrorçuların diqqətindən yayınaraq xilas ola biliblər.

Nigeriyanın “Vanguard” qəzeti yerli hökumət qurumlarından birinə istinadən xəbər verir ki, hücum nəticəsində bir tələbə öldürülüb, bir neçəsi isə yaralanıb.

Qeyd olunur ki, tələbə forması geyinmiş yaraqlılar yataqxanaya gecə saat 2-də basqın ediblər.

Qaçırılan şəxslərin dəqiq sayının müəyyənləşdirilməsi işləri aparılır.