Səkkiz yaşlı Dənizin anası kömək istəyir: “Biz yolun yarısında dayana bilmərik” - VİDEO

19:20 17-02-2021 466

Səkkiz yaşlı Dəniz Rəhimli ağır beyin iflicindən əziyyət çəkir və nəticədə yeriyə və danışa bilmir. Bundan əlavə, uşaq epilepsiyadan və qıcolmadan əziyyət çəkir. Onu müalicə edən həkimlər bildirir ki, Dənizin xəstəliyi müalicə olunandır. Bunun üçün dərmanların qəbulunu, fizioterapiyanı, həmçinin psixoloqla loqopedin işini birləşdirmək lazımdır. Ancaq ailənin bunları həyata keçirmək üçün pulu qalmayıb. Söhbət 5 000 manat məbləğdən gedir.

Xəstəlikdən əziyyət çəkən uşağın anası Ülkanə Rəhimova Media.Az-ın redaksiyası ilə əlaqə saxlayaraq qızının müalicəsi üçün vəsait toplanmasına kömək istəyib.

“Bir yaşından başlayaraq biz Dənizi müayinə və konsultasiya üçün Türkiyəyə aparmışıq.

Qızım altı yaşında olanda müalicə üçün növbəti səfərin xərclərini qarşılamaq üçün avtomobilimizi satmalı olduq.

Bundan sonra artıq müalicəni davam etdirməyə pulumuz qalmadı. Mən uşağa baxmaq məcburiyyətində qaldığım üçün işləmirəm, ərim də karantin səbəbindən işləmir.

Paytaxtda xeyriyyəçi təşkilatlarından birinin birdəfəlik köməyi sayəsində 2020-ci ilin noyabrında İstanbula uça bildik. Vəsait müayinədən keçmək və müalicə almaq, dərman xərclərini ilkin dönəmdə ödəmək üçün kifayət etdi.

Dəniz tək başına ayaq üstə dayana bilir, ilk sözləri danışmağa çalışır. Bundan əlavə, son zamanlar onda əzablı qıcolmalar olmayıb. İstanbuldan olan həkim Sərdar Dağ da optimistdir.

Onun fikrincə, dərman müalicəsi ilə yanaşı biz loqopedə və psixoloqa müraciət etməli, həmçinin uşağı fizioterapiya prosedurlarına aparmalıyıq. Bu xidmətlərin nə qədər bahalı olduğunu özünüz də bilirsiniz, dərmanlardan isə heç danışmağa dəyməz, xüsusən, müalicə kursu bir il davam edirsə.

İndi biz Dənizin səhhətində yaxşılaşmanı gördüyümüz bir vaxtda, müalicəni davam etdirə bilmirik, illər ərzində sərf etdiyimiz bütün əziyyətlərin boşa çıxacağından qorxuruq.

Biz yolun yarısında dayana bilmərik.Əlimizdə olan hər şeyi satmışıq, Dənizin müalicəsini təmin etmək üçün əlimizdən gələni edirik. İndi bütün ümidlərimiz övladımıza yeni bir həyat bəxş edə biləcək mərhəmətli insanlardır”, deyə Ülkanə Rəhimova bildirib.

Kömək etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

+994 70 853 98 86 nömrəsi ilə Dənizin anası Ülkana Rəhimova ilə əlaqə qura bilərsiniz.