“SpaceX” şirkətinin dəyəri 74 milyard dollara çatıb

23:00 17-02-2021 32

İlon Maskın kosmik şirkəti “SpaceX”in dəyəri 74 milyard dollara çatıb.

Bu barədə CNBC telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, şirkət səhm satışından 850 milyon dollar əldə edib. Bununla yanaşı, yaxın günlərdə “SpaceX” altı milyard dollar həcmində sərmayə cəlb edə bilib.

Qeyd edək ki, ötən ilin avqust ayı ilə müqayisədə kosmik şirkətin dəyəri 60% artıb. Həmin dövrdə “SpaceX” 46 milyard dollar səviyyəsində dəyərləndirilirdi.

Xatırladaq ki, fevralın 16-da şirkət orbitə 60 peyki birdən buraxıb. Beləliklə də, “SpaceX”in orbitdəki peyklərinin sayı 1100-ü keçib.

Hazırda şirkətin təqdim etdiyi “Starlink” internet xidmətindən 10 mindən çox abunəçi istifadə edir.