ÜST rəsmisi: “Vaksinasiyaya baxmayaraq, COVID-19-un yayılması riski qalacaq”

23:40 17-02-2021 25

Vaksinasiyaya baxmayaraq, COVID-19-un yayılması riski qalacaq.

Bu barədə Lenta.ru-ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının İmmunizasiya Departamentinin rəhbəri Keyt Obrayen bildirib.

Peyvənd olunmuş əhalinin payının yüksək olması bizim hər birimizin təhlükəsizlikdə olacağımız anlamına gəlmir”, - deyə K.Obrayen bildirib.

ÜST rəsmisi nümunə kimi qızılca xəstəliyini göstərib. Onun sözlərinə görə, xəstəlik hətta əhalinin yüksək vaksinasiya səviyyəsi olan müəyyən altqruplarda da müşahidə olunub.

“Statistikaya köklənmək əvəzinə xəstəliyin profilaktikası və vaksinasiyaya məntiqli yanaşma formalaşmasında COVID-19-un ötürülməsinə dair biliklərimizdən istifadə etməliyik”, - deyə ÜST rəsmisi qeyd edib.