İkibaşlı buzov sahibinə uğur gətirib – VİDEO

03:40 18-02-2021 448

Tailandın Buriram əyalətinin sakini lotereyada qalib gəlib.

“Daily Star” nəşri xəbər verir ki, o, bu uğuru həyətində ikibaşlı buzovun doğulmasından sonra qazanıb.

Düzdür, ikibaşlı buzov çox az yaşayıb və doğulduğundan saat yarım sonra ölüb. Lakin buna baxmayaraq, onun sahibi 66 yaşlı fermer Somorn Krasesom hesab edir ki, buzovun “ayağı düşərli olub”.

Belə ki, məhz bu hadisədən sonra o, lotereyada 20 min bat (1135 manat) udub.

Fermer uğur gətirən buzovun dəfn olunduğu yerdə məbəd inşa etməyi planlaşdırır. Artıq yerli sakinlər ölmüş heyvanın uğur gətirdiyinə inanaraq, onun məzarına hədiyyələrlə gəlirlər.